16:12 19.08.2016 1023

"Divizionda vəziyyət acınacaqlıdır" - Klubar Komitəsinin sədri

AZAL klubunun vitse-prezidenti və AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov Komitənin bu gün keçirilən növbəti iclasından sonra müzakirə olunmuş məsələlər barədə jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az həmin müsahibəni təqdim edir.


- İclasda nələr müzakirə olundu?

- İki aya yaxındır Klublar Komitəsi yığışmırdı. Bu da yay tətili və çempionatın başa çatması ilə əlaqədar idi. Bu gün gündəlikdə olan məsələr elə də çox deyildi. Əsas məqsəd bir araya gəlmək idi. Bu gün "CBC Sport" telekanalının baş direktoru Volkan Üstü də iclasa dəvət etmişdik. Onunla yayım barəsində söhbət etdik. Oyunların yayımı və işin maliyyə tərəflərini müzakirə etdik. Volkan Üst bütün suallarımıza cavab verdi. Yaxın günlərdə klublarla "CBC Sport" arasında görüş keçiriləcək. Görüşdə yayımla bağlı bütün məsələlərə aydınlıq gələcək. Digər məsələ futbolçulara tibbi nəzarətlə bağlı idi. Milli komandaların baş həkimi Vyaçeslav Xomenkonu iclasa dəvət etmişdik. Bir neçə gün öncə "Zaqatala" klubunda bədbəxt hadisə yaşanıb. Bununla bağlı müzakirələr getdi. Xaricdən futbolçu gəldiyi zaman onu təyyarədən düşən kimi məşqə buraxmaq olmaz. İlk növbədə futbolçu tibbi müayinədən keçməlidir. Klubların baş həkimləri ilə bu mövzuda seminarların keçirilməsi nəzərdə tutulub. Komissiya yaradılacaq və bütün klubların tibb mərkəzi yoxlanılacaq. Onların hansı şəraitdə işlədiyi və necə müayinə apardıqları araşdırılacaq. Üçüncü məsələ isə danışılmış oyunlarla bağlı idi. Bu məsələ AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq.


- Danışılmış oyun aşkarlanıb ki, bununla bağlı görüş olacaq? 

- Xeyr, belə bir hal aşkarlanmayıb. Üstəlik, hələlik bizdən heç nə tələb olunmur. İcraiyyə Komitəsində nə qərar verilsə, biz də ona əməl edəcəyik.


- "Qarabağ" və "Qəbələ" avrokuboklarda legionerlərin sayının çox olması səbəbindən uğur qazanır. Hətta "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da ölkə çempionatında legioner limiti ilə bağlı etirazlarını bildirib. Ümumiyyətlə, Klublar Komitəsi olaraq legioner limitinin ləğvinin tərəfdarısınızmı? 

- "Qəbələ" hazırda Avropa Liqasında oynayır və xeyli sayda legioner futbolçusu var. Bu səbəbdən onlar üçün legioner limiti gündəmdədir. "Qəbələ" üçün avrokuboklarda bir, ölkə çempionatında digər heyətlə çıxış etmək çox çətindir. "Sumqayıt"la oyun da bu səbəbdən təxirə salındı. Çünki komanda eyni heyətlə avrokuboklarda cavab oyununa hazırlaşır. İcraiyyə Komitəsi 6+5 limiti qəbul edib. Ancaq məsələ gündəmə gəlsə, biz də limitin dəyişməsini istərdik. Digər tərəfdən də dəyişilsə, azərbaycanlı futbolçular kənarda qala bilər. Məsələn, AZAL yerli futbolçulara üstünlük verir. Ancaq "Qəbələ", "Qarabağ", "İnter", "Neftçi" kimi klublarda bu məsələ daha önəmlidir.


- Ötən mövsüm "CBC Sport"un klublara pul ödəyəcəyi deyilsə də, ictimaiyyətə bununla bağlı yekun cavab verilmədi. Hər bir klub həmin 70 min manatı ala bilibmi və cari mövsümdə bu sistem necə olacaq?

- Ötən mövsüm bu hal ilk dəfə olub. Məbləği kimin və necə ödəyəcəyi bəlli deyildi. Bütün klublar AFFA-ya məktub yazıb həmin pulun Peşəkar Futbol Liqasına (PFL) olan borcun bağlanmasına yönəldilməsinə razılığını bildirdi. Volkan bəylə bu məsələni də müzakirə etmişik.


- Dediklərinizdən üçtərəfli barterin razılaşdırıldığı aydın olur. Bəs məbləğin digər hissəsi klublara ödənilib? 

- Digər klubların nə qədər borcu olduğunu bilmirəm. Ancaq AZAL klubunun təxminən 110 min manat borcu var idi. 70 mini "CBC Sport" PFL-ə ödədi, məbləğin qalan hissəsini isə klub olaraq həll etdik. Bəzi klublar oldu ki, onların borcu tam bağlanmadı. Ancaq borcu 70 mindən az olan klubların necə ödədiyindən xəbərsizəm.


- Futbolçunun təyyarədən düşən kimi məşqə çıxmamalı olduğunu qeyd etdiniz. Bu məsələdə klub rəhbərliyinin səhlənkarlığı olub. Nəyə görə I Divizion klublarının nümayəndələrini bununla bağlı müzakirələrə çağırmırsınız? Hətta bəzi komandalarda həkim belə yoxdur. Bu, çox biabırçı vəziyyətdir. Çünki həmin komandalar gələcəkdə Premyer Liqada iştirak edə bilər...

- Sizinlə razıyam. Divizionda vəziyyət həqiqətən də acınacaqlıdır. Burada klubların bəziləri AFFA və yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Komandaların büdcəsi olmalıdır. Həmin komandaları diviziona da buraxmaq lazım deyil. O ki qaldı komandalarda həkim olmamasına, belə bir şeyin olduğuna inanmıram.(report.az)


Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X