
“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin daha bir köməkçisinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu, Rusiyanın II liqasının Cənub zonasında mübarizə aparan Maykop "Drujba"sının baş məşqçisi postundan istefa verərək paytaxt klubu ilə anlaşan Aleksandr Deriberindir.
Rusiyalı mütəxəssis bu gün keçirilən “Neftçi ” – “Sumqayıt” matçını tribunadan izləyir.
Qeyd edək ki, Deriberin "Mostransqaz", "Nafkom", "Zvezda" və "Desna" klublarında məşqçi vəzifəsində çalışıb.
Fanat.Az