12:57 11.10.2016 716

“Çexiya ilə oyunda bir xal götürsək, bu, əlanın əlasıdı” - Mütəxəssis rəyi

Bu gün milli komandamız "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, ilk görüşdə San Marinonu səfərdə, Norveçi isə evdə tək qolla üstələyən yığmamız Çexiyanın qonağı olacaq.


Komandamız üçün vacib görüş ərəfəsində millimizin sabiq üzvləri Yunis Hüseynovla Samir Abasovun fikirlərini öyrəndik.


Hazırda işsiz olan Yunis bəy hesab edir ki, komandamızdakı qələbə əhval-ruhiyyəsi bugünkü oyunda lehimizə işləyəcək başlıca amildir:

“Seçmə mərhələyə yaxşı başlamışıq. Ancaq bunu möcüzə adlandırmaq olmaz. Hər halda, San Marinonu udmalıydıq. Norveç San Marino olmasa da, oyunda göstərdi ki, nəsə edə bilərik. Həm də onlarla son tsiklda da qarşılaşmışdıq, oyunlarına bələd idik. Açığı, onlara qalib gələcəyimizə inanırdım. Çexiyanı isə Norveçdən səviyyəli komanda hesab edirəm. Üstəlik, səfərdə oynayırıq. Buna baxmayaraq, hazırda komandamızın əhval-ruhiyyəsi daha yaxşıdır. İstək, özünəinam hissi bu gün bizə çox kömək edə bilər. Bir xal da bizi qane edər, ancaq qalib də gələ bilərik. Hər şey ola bilər. Komandamıza uğurlar arzulayıram. Düşünürəm ki, bizi qane edəcək bir nəticə qazanacaqlar”.


“Sumqayıt”ın baş məşqçisi olan Abasov isə düşünür ki, Çexiya hücum edən tərəf olacaq və millizin üzvləri əks-hücumlar zamanı əllərinə düşən imkanları dəyərləndirməlidirlər:

“Milli komandamızın 2 oyundan 6 xal toplaması mənim üçün sürpriz deyil, gözlənilən idi. Çünki San Marinonu udmaq udmaq elə də problem deyil. Onları udmalıydıq. Norveçlə oyunda da çox adam yaxşı nəticə gözləyirdi. Komandamızın potensialı buna imkan verir. Qalib gəldik, indi önə baxmalıyıq. Çexlərə gəlincə, onların Almaniya ilə oyununu izlədim. Böyük hesabla uduzsalar da, pis təsir bağışlamadılar. Bu gün ilk qələbələrini qazanmaq üçün ikiqat güclə oynayacaqlar. Millimizin artıq heyəti də açıqlanıb. Sadəcə, Rəşad Sadıqovun durumu sual altındadır. Onun olmamağı böyük problemdir. Futbol adamlarından kimdən soruşsan, deyəcək ki, çətin olacaq. Bu aydın məsələdir. Uşaqların üzərinə böyük iş düşəcək.  Real danışaq, bu gün 1 xal götürsək, bu, əlanın əlasıdır. Bunu da əldə etmək üçün ələ düşən fürsətləri dəyərləndirməlisən. Norveçlə oyunda da gördünüz, rəqib daha çox hücum edirdi, təkqapı oynayırsa, yəqin ki, Çexiyada da elə olacaq. Onlar da bizim son oyunumuza baxıblar, incələyiblər. Udmaq istəyəcəklər, çexlər müdafiəyə oturası deyil. Udmaq üçün də qabağa açılacaqlar. Həmin vaxt düşən fürsəti istifadə etsək, ən azı heç-heçə ilə qayıda bilərik. Səhv etmirəmsə, Ramil Şeydayev də “11-lik”dədir. Epizod olsa, vurmaq lazımdı. Kənardan danışmaq asan görünür, təbii ki. Bizə düşən komandaya uğur arzulamaqdı”.


Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

Facebookdan bizi izləməyi unutmayın.
X