12:51 12.10.2016 960

“Neftçi”dən daha bir qeyri-peşəkarlıq

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev komandaya dəvət edilən yeni əcnəbi futbolçular barədə fikirlərini bölüşüb. 46 yaşlı mütəxəssisin azerisport.az saytına açıqlamasında baxışa çağırılan 3 legioner haqda pozitiv danışıb.  


Paytaxt klubu ilə yanaşı, milli komandamızda məşqçi qismində çalışan Abdullayevin söylədiklərinə diqqət yetirək: "Dekabra qədər gözləmək - bu, xal itkisidir. Bizdə bəzi mövqelərə oyunçu çatmır. Bir itki - heyətdə yerdəyişmələr etməyə məcbur qalırıq. Qapıçı Boban Baykoviç, yarımmüdafiəçi Aleksandr Fertov və Enrike Pessalli azad agent statusu daşıyır. Aydın məsələdir ki, onlar bir müddətdir oynamırlar. Hərəsinin öz səbəbi var. Amma hər biri təcrübəli futbolçudur. Fertov yığmada 35 oyun keçirib və zəif futbolçu ola bilməz. Təcrübəli futbolçudur. Pessalliyə gəlincə, o, Fransa çempionatında, Liqa 1-də çıxış edib. Baykoviç "Srvena Zvezda"da 100-dən çox oyun keçirib. O, pis qapıçı ola bilməz. Əlbəttə, çatışmazlıqları var, xeyli vaxt oynamayıblar. Bu, böyük minusdur. Bu oyunçularla müqavilə bağlasaq, müddəti qışa kimi olacaq. Komandada qalmaları üçün isə özlərini göstərmələri lazımdır. Onlarda bunun üçün motivasiya olacaq. Özlərini göstərə bilməsələr, qışda ayrılacağıq. Hələ ki, onları şəxsən iş başında görməmişəm. Həmin futbolçularla tanış olmaq üçün vaxt lazım olacaq”.


Elxan bəyin açıqlamasında 3 təzadlı məqam var:


1.“Neftçi” klubu rəsmi saytı vasitəsi ilə sözügedən əcnəbilərin baxışa dəvət edildiyini bəyan etmişdi. Lakin Abdullayevin sözlərindən belə məlum olur ki, onlar birbaşa müqaviləyə çağırılıblar. Çünki baş məşqçi bu futbolçuları iş başında görməyib və köməkçilərinin “Sumqayıt”la yoxlama matçına əsasən, müsbət rəy verdiklərini söyləmir. Elxan bəy sadəcə, onların təcrübəli futbolçular olduğunu vurğulayır.


2.Abdullayevin “Fertov yığmada 35 oyun keçirib və zəif futbolçu ola bilməz” və “Baykoviç "Srvena Zvezda"da 100-dən çox oyun keçirib, o, pis qapıçı ola bilməz” cümələri peşəkarlıqdan uzaqdır. Hansısa futbolçunun 100-150 oyun keçirməsi heç bir halda ölçü vahidi ola bilməz. Baş məşqçi oyunçunun neçə oyun keçirməsinə deyil, bu gün hansı durumda olmasına önəm verməlidir. Karyerası ərzində 200-300 oyuna çıxan, ancaq bu gün bir işə yaramayan minlərlə futbolçu var. Belələri ölkəmizə də az gəlməyib.


Digər tərəfdən, öncəki yazılarımızda da qeyd etmişdik ki, “Neftçi” kimi klubun oktyabr ayında baxışa 3 legioner dəvət etməsi qeyri-peşəkarlığın deyil, qeyri-ciddiliyin təzahürüdür. Futboldan az da olsa, anlayışı olanlar bilir ki, hər hansı futbolçu 31 avqust tarixinə  - “transfer pəncərəsi” bağlananadək özünə klub tapa bilmirsə, demək ki, onun yaxşı oyunçu olmaq ehtimalı yox dərəcəsindədir. 


3.Sonuncu və önəmli məqam. Abdullayev qeyd edir ki,  dəvət edilən legionerlərlə müqavilə bağlasalar, müddəti qışa kimi olacaq. Bu, necə olur, həzərat?! FIFA qaydalarına görə, futbolçu ilə yalnız mövsümün sonuna qədər müqavilə bağlamaq olar. İstər yay fasiləsində, istərsə də, məsələn, oktyabr ayında klublara futbolçu ilə qış fasiləsinədək müqavilə bağlamağa icazə verilmir. Həmin futbolçu azad agent statusu daşısa belə.


Açığı, Abdullayevin futbolçularla qışa qədər müqavilə bağlayacaqlarını söyləməsini hər nə qədər təəccüblə qarşılasaq da, məsələni dəqiqləşdirmək üçün Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynovla əlaqə saxladıq. Qurum rəsmisini dinləyək: 


“FİFA qaydalarına görə, futbolçu ilə yalnız mövsümün sonuna qədər müqavilə bağlamaq olar. Oyunçunun azad agent statusu daşıması da heç nəyi dəyimşir. Yay fasiləsində və ya mövsüm başlayandan sonra heç bir oyunçu ilə qışa qədər müqavilə bağlamağa icazə verilmir. Belə müqavilə olanda, biz onu qəbul etmirik. Daha öncə belə bir hal olub, götürməmişik. Həmin klub məcbur qalıb yeni müqavilə bağladı - mövsümün sonuna qədər. Amma onu da əlavə edim ki, həmin futbolçu elə qış fasiləsində komandadan göndərildi. Yeri gəlmişkən, bir neçə ölkədə istisnalar var, qışa qədər qəbul edirlər. Hətta, 2-3 oyunluq belə, oynamağa icazə verənlər olub. Lakin biz buna lüzum görmürük. FIFA-nın qoyduğu qayda nədirsə, onu əsas götürürük”.


Hüseynov ad çəkməsə də, biz öz mənbələrimizdən dəqiqləşdirmə apardıq. Məlum oldu ki, daha öncə də futbolçu ilə qışa qədər müqavilə bağlamağa çalışan “Neftçi” olub. Belə ki, "ağ-qaralar" 2015-ci ildə komandanın formasını geyinmiş Mixal Peskoviçlə 6 aylıq müqavilə bağlayaraq sifariş etməyə çalışıb. Lakin müqavilə PFL-in qapısından dönüb. 


Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. “Neftçi”in Müşahidə Şurasında yer alanlar özlərindən başqa hər kəsi günahlandırmaqda davam etsinlər. Fakt budur ki, “Neftçi” qeyri-peşəkarların idarə etdiyi qeyri-ciddi kluba çevrilməkdədir. Elxan Abdullayevə gəlincə, uzun illərdi məşqçi kimi fəaliyyət göstərən, Premyer Liqada və millidə çalışan təcrübəli mütəxəssisin bu qaydanı bilməməsi özü böyük biabırçılıqdır.


Fanat.Az


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X