
Azərbaycan çempionatının I divizionunda çıxış edən "Səbail" Antalyada sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.
Oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.
Xatırladaq ki, "Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıraraq günorta saatlarında vətənə dönəcək.
Fanat.Az