
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Fanat.Az xəbər verir ki, fürsətdən yararlanan “Səbail” və “Kəpəz” bu gün üz-üzə gəliblər.
Sözügedən komandalar “Dalğa Arena”nın 2-ci meydançasında qarşılaşıblar. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 1:1.
“Kəpəz”in heyətində Sergey Çernışev fərqlənib. Paytaxt təmsilçisinin qolunu isə Nurlan Novruzov vurub.
Fanat.Az