19:02 08.11.2017 1791

Prezident yığma komandanı qəbul etdi - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.
 
Fanat.Az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan növbəti böyük uğura imza atıb: "Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir. Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər. Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim. Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını sevindirmisiniz”.
 
İ. Əliyev vurğulayıb ki, şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir. "Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt – 1970-1980-ci illərdə demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılıb. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki, təyinatı dəyişdirilib, özəlləşdirməyə açılıb. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik. Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyimiz Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə bəlkə də ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür. Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir”.
 
Xarici mətbuatı izlədiyini deyən dövlət başçısı qeyd edib ki, bu qələbə xarici mətbuatda çox geniş işıqlandırılıb. "Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir. Mən sizi dəvət etdim ki, şəxsən sizi təbrik edim. Əvvəlki illərdə bizim görüşlərimiz çox olub. Siz bu binada dəfələrlə olmusunuz. Sizin Ulu Öndərlə şəkliniz bütün bölgələrdə şahmat evlərinin divarında asılıb və bu, gənc uşaqlar üçün də bir nümunədir. Mən də bölgələrdə o şahmat məktəblərinin açılışında uşaqlarla görüş əsnasında həmişə deyirəm ki, siz də bizim tanınmış şahmatçılar kimi olmalısınız, dünya miqyasında qələbə qazanmalısınız, xalqımızı sevindirməlisiniz və Azərbaycanı təbliğ etməlisiniz. Sizin indiki qələbəniz də əminəm ki, şahmatın Azərbaycanda populyarlaşmasında öz müsbət rolunu oynayacaq, şahmat bölmələrinə axın daha da güclənəcək. Bu, sizin ümumi qələbənizdir. Sizi təbrik edirəm, sizə yeni uğurlar və qələbələr arzulayıram”.

Fanat.Az
 








Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
23:33

Holand və komandası Amerikaya görün nə apardı!

23:08

Tarixi rekordun sonu çatır: Messi yoxsa Mbappe?

22:43

"Barselona"nın transfer siyahısı bəlli oldu

22:13

Lənkəranda güləş festivalı keçirildi

21:44

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşdı

21:21

Raul Ximenes "Vulverhempton"a geri döndü

20:51

Aykut Kocaman yenidən "Fənərbağça"da?

20:12

"Mançester Yunayted" İtaliya millisinin gənc ulduzunu hədəfə alıb

19:51

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

16:53

Azərbaycan Mərakeşdə keçiriləcək dünya çempionatına 5 yelkənçi ilə qatılacaq

16:21

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

16:03

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X