Avropa çempionatında iştirak edən rus fiqurlu konkisürən Aleksandra Stepanovanın bədənini tamamilə göstərən geyimi sosial mediada tənqidlərə səbəb olub.
Fanat.Az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən turnirin gümüş medalını qazanan 23 yaşlı idmançı və partnyoru İvan Bukin duyğusal bir müsiqinin müşayəti ilə şoularını göstərərək tamaşaçıların alqışını qazanıb.
Ancaq partnyoru ilə sevgi temalı bir şounu canlandıran Aleksandra Stepanovanun səhnə kostyumu sosial media istifadəçilərini iki yerə ayırıb. Onun bütün bədənini göstərən geyimi bəziləri tərəfindən bəyənilsə də, çoxları tənqid edib.
Fanat.Az