Amerikan Futbolu Finalı - "Super Bowl" qarşılaşması baş tutub. Həlledici matçda "Nyu England Patriots" "Los Anceles Rams"ı 13:3 hesabı ilə yenərək qalib adını qazanıb.
Fanat.Az xəbər verir ki, "Los Anceles Rams"ın ulduzu Tom Bradinin karyerasında 6-cı "Super Bowl" qələbəsi olub. 2000-ci ildən bu komandada çıxış edən oyunçunu final qarşılaşmasında model həyat yoldaşı Gisele Bündşen yalnız buraxmayıb.
Qızı Vivien və oğlu Benjamin Reynlə Atlantadakı "Mercedes-Benz" stadionuna yollanan braziliyalı gözəl matç başa çatan kimi meydana çıxaraq ərini təbrik edib. O, həyat yoldaşını dodağından öpərər təbrik edib.
Qeyd edək ki, 41 yaşında 6-cı dəfə "Super Bowl" sevinci yaşayan Tom Bradi bu uğura imza atan ən yaşlı oyunçu olub.
Onu da qeyd edək ki, "Super Bowl" dünyanın ən bahalı idman yarışlarından biridi. Ölkə iqtisadiyyatına təxminən 14,8 milyard dollar xeyir verdiyi deyilən finalı 180 milyondan artıq insan izləyib. Qarşılaşmanı yayımlayan CBS kanalı hər 30 saniyəlik reklam çarxını 5,1-5,3 milyon dollara efirə verib. Oyuna ən ucuz bilet 2420 dollara satılıb. Lojada oturmaq istəyənlər isə 325 min dollardan keçməli olub.
Fanat.Az