ABŞ-da 7 yaşlı Rudolfun uğurları hamının marağına səbəb olub.
Fanat.Az xəbər verir ki, peşəkar olaraq Amerikan futbolu oynayan və atletika ilə maraqlanan 7 yaşlı uşağın 100 metr məsafəni 13.48 saniyəyə qaçması hər kəsi təəccübləndirib.
Artıq Rudolf dünya rekordçusu Usayn Boltla müqayisə olunur. Yamaykalı sabiq atlet 2009-cu ildə 2009-cu ildə bu məsafəni 9.58 saniyəyə qət etmişdi. İndi çoxları Rudolfun tezliklə Boltun rekordlarını alt-üst edəcəyini düşünür.
7 yaşlı uşağın uğurları artıq böyük şirkətlərin də diqqətini çəkib. Rudolf indiyədək bir neçə reklam filmində rol alıb.
Onun "Instagram"da artıq 310 min izləyicisi var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol