17:26 04.09.2019 2203

Trek üzrə ölkə çempionları müəyyənləşib - FOTOLAR

Respublika Velotrekində trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub. Bu növ üzrə ilin əsas yarışında klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə keçirilən yarışda 15 yaşadək velosipedçilər arasında 660 metr məsafəyə fərdi ötüşmədə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Radha Şabanova qızlar, Əlihüseyn Musazadə isə oğlanlar arasında bütün rəqiblərini qabaqlayıb. 17 yaşadək velosipedçilərin 1 km məsafəyə fərdi ötüşməsində oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Yusif İsmayılov, qızlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Viktoriya Sidorenko fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Yeri gəlmişkən, Viktoriya Sidorenko həmçinin skretç və çıxma yürüşündə də çempionluq sevinci yaşayıb.

Gənclər və U23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Nəcəf Bağırov 1 km məsafəyə fərdi, keyrin və sprint yarışlarında hamıdan güclü olmaqla 3 qat çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında skretç və çıxma yürüşündə 2 qızıl medala layiq görülüb.

15 yaşadək oğlan velosipedçilərin skretç və cıxma yarışında Respublika Olimpiya Velosiped Məktəbindən müvafiq olaraq Hüseyn Nərimanov və Vüsal Kazımov digər rəqiblərini qabaqlayıblar. 17 yaşadək oğlanlar arasında çıxma yarışında isə "Neftçi” İdman Klubu İctimai Birliyindən Nofəl Nuriyev fərqlənib.

Respublika Olimpiya Velosiped Məktəbinin daha bir üzvü Fatimə Əfqanzadə 15 yaşlı qızların skretç və çıxma yarışının qalibi olub. Və nəhayət, 17 yaşadək oğlanların skretç mübarizəsində adı çəkilən məktəbin velosipedçisi Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qalib və mükafatçılar Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər. Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Fanat.Az
 




















Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X