Aqil Məmmədov "Neftç"i ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi təmiz penaltilərinin verilmədiyini deyib:
"Maraqlı oyun oldu. “Neftçi” həmişə çempionluğa oynayan komandadı. Biz də bu gün yaxşı oynadıq, komandadan razı qaldım. Fikrimcə, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi".
Fanat.az