17:19 13.12.2013 495

XVII turda qış çempionu müəyyənləşəcək? - AFİŞA

Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki, ikinci gündə üç matç baş tutacaq.

Sabah "Simurq" AZAL-ı qəbul edəcək. Kubokda mübarizəni dayandıran Zaqatala klubunun Premyer Liqada işləri qaydasında getmir. Bunun nəticəsiidi ki, artıq rəhbərlik baş məşqçi Georgi Çixradzeyə xəbərdarlıq edib. AZAL isə ötən həftə "Rəvan"ı yenib Premyer Liqada 10 oyundan sonra qələbə sevinci yaşadı. Zaqataladakı oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Üstəlik bu komandalar turnir cədvəlində qonşudu. "Simurq" doğma meydanda AZAL-ı məğlub edərək mövqeyini yaxşılaşdıra bilər.

"Simurq"la eyni gündə "böyük qardaşı" "İnter" də meydana çıxacaq. Mövmsümə uğursuz startın ardınca toparlanan və son turlarda ardıcıl qələbələr qazanan "bankirlər" "Sumqayıt"ı qəbul edəcək. "İnter"in autsayder rəqibi üzərində asan qələbə qazanacağını proqnozlaşdırmaq üçün yəqin ki, münəccim olmağa ehtiyac yoxdu. Üstəlik Sumqayıt təmsilçisinin 3 əsas heyət üzvü - kapitan Samir Abbasov, müdafiəçi Slavik Alxasov və hücumçu Ruslan Qurbanov hakimləri təhqir etdiklərinə görə cəzalandırıblar. Bu səbəbdən onsuz da zəif heyətə sahib "Sumqayıt" meydana yarımcan çıxacaq və iddialı rəqibinə badalaq vurmaq gücündə olmayacaq.

Turun əsas oyunları bazar gününə təsadüf edəcək. Kubokda "Neftçala"nı məğlub edib (4:0), Premyer Liqadakı ilk oyununda "İnter"dən 1 xal alan (0:0) "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Şahin Diniyevin başçılıq etdiyi "Rəvan"la sınaağa çıxacaq. Lənkəranda keçiriləcək bu oyun "Xəzər Lənkəran" xal üçün xal ehtiyatını artırmaq baxımından önəmlidi. Bu oyundakı 3 xal Mustafa Dənizlinin Premyer Liqadakı ilk qələbəsi olacaq. 

Günün digər iki oyunu liderlik baxımından önəmli olacaq. Bu oyunlarda həm də qış çempionu müəyyənləşə bilər.

Ötən tur "Neftçi"ni məğlub edərək zirvəni yenidən ələ keçirən "Qarabağ" "Bakı"nın qonağı olacaq. "Qəbələ" isə "Neftçi"ni qəbul edəcək. "Qarabağ" "Bakı" ilə heç-heçə oynasa, "Qəbələ" "Neftçi"ni udaraq liderliyi ələ ala bilər. "Neftçi" bu halda 3 xalı aktivinə yazmaqla zirvədə yenidən ikihakimiyyətlilik yaradacaq. "Qarabağ" məğlub olsa, "Qəbələ" - "Neftçi" matçının qalibi birinci pilləni ələ keçirəcək.

Qeyd etdiyimiz kimi bu turda qış çempionu müəyyənləşə bilər. Bunun üçün "Qarabağ" əvvəlcə "Bakı"nı məğlub etməlidi. Bu halda ağdamlılar xal hesabını 36-ya çatdırmış olacaq. Bundan sonra Qurban Qurbanovun yetirmələri "Qəbələ" - "Neftçi" oyununun sülhlə bitməsini arzulamalıdı. Belə olan halda sonuncu turu gözləmədən "Qarabağ"ın fasiləyə birinci pillədə yollanacağı dəqiqləşəcək. Düzdü, "Qarabağ" son turda məğlub ola, "Qəbələ" isə qalib gələrək xalları bərabərləşdirə bilər. Amma Ağdam təmsilçisi Yuri Syominin komandasını şəxsi oyunlarda üstələyir.

Premyer Liqa
2013/14 mövsümü
II dövrə, XVII tur

14 dekabr
Simurq - AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala Olimpiya Kompleksinin stadionu. Saat 17.00.

İnter - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Şəfa" stadionu. Saat 17.00.

15 dekabr
Bakı - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakı"nın təlim məşq bazasının stadionu. Saat 14.00.

Xəzər Lənkəran - Rəvan
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Lənkəran şəhər stadionu. Saat 16.00.

Neftçi - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakcell Arena". 18.00.

1

Qarabağ

16

9

6

1

28-9

33

2

Qəbələ

16

10

2

4

24-14

32

3

Neftçi

16

9

4

3

24-16

31

4

İnter

16

7

3

6

25-19

24

5

Bakı

16

7

3

6

27-18

24

6

AZAL

16

5

6

5

15-19

21

7

Simurq

16

4

7

5

13-14

19

8

Xəzər L

16

3

7

6

11-21

16

9

Rəvan

16

1

6

9

9-28

9

10

Sumqayıt

16

1

4

11

8-26

7


Bombardirlər: Vaqif Cavadov (İnter) - 8. Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı) - 7. Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ) - 6. Baçana Tsxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 5.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2024
15:16

AFFA rəsmisi Avropa Çempionatına təyinat aldı

14:59

Veqhorst növbəti mövsümə harada başlayacaq?

14:40

"O gedəndən sonra "Mançester Siti" çökəcək" - "Arsenal"ın veteranı

14:22

AFFA "Kəpəz"i, "Turan Tovuz"u və "Qarabağ"ı cərimələdi

14:08

"Kalyari" mənim uzun səyahətimin sonudur" - Ranyeri vidalaşdı

13:50

Lunyov agentindən ayrıldı - "Qarabağ"la rus qapıçı arasında danışıqların detalları bilindi

13:42

AFFA 3 futbolçunu 4 oyunluq cəzalandırdı

13:15

Region Liqası: Final FİFA referisinə tapşırıldı

12:59

Stefano Pioli getdi - RƏSMİ

12:40

Qasperini ən yaxşı məşqçi seçildi

12:23

"Real" Kroosun yerinə bu iki futbolçudan birini gətirəcək

12:04

"Nyukasl" "Arsenal"ın fantastik təklifini "qeyri-ciddi rəqəm" adlandırdı - MƏBLƏĞ

11:48

"Azəryol” yarımfinala yüksəldi

11:30

Region Liqasının qalibi müəyyənləşir

11:08

"Atalanta"dan Qasperiniyə cəlbedici təklif - "Napoli"yə keçəcəyindən qorxurlar

10:46

"Mançester Siti"də yeni müqavilə

10:27

Son tura 3 əcnəbi hakim gəlir

10:08

AÇ: Bu gün 8 güləşçimiz mübarizə aparacaq

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:27

Jiru Fransa millisindən ayrılmağa qərar verdi

09:05

"Anam bilirsə, ondan soruşun, mən bilmirəm" - Mbappedən "Real"la bağlı ikibaşlı cavab

00:18

"Beşiktaş" Türkiyə Kubokunun qalibi oldu

23 May 2024
22:29

"Ayaks"ın yeni baş məşqçisi açıqlandı

21:33

Ərəblər "Milan"ın ulduzuna elçi düşdülər - Rəsmi təklif 

20:20

"Arsenal" Ramsdeylə əvəzləyici tapdı

19:12

Onun getməsi Terrini şoka salıb

18:58

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu

18:45

"Barselona" alman məşqçi ilə danışıqları bərpa etdi - Xavi gedir?

18:37

U-23 Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi finalda

18:19

Birinci Liqanın qalibi mükafatlandırıldı

17:54

"Bayer"in "qatili" nə danışdı?

17:24

Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna bu heyətlə qatılacaqlar

17:09

Rahilin baş məşqçisi gedir - RƏSMİ

16:51

Kyellini "Yuventus"a qayıdır

16:27

"Yenilgini qəbul etmək çox çətindir, ancaq..." - Robert Andrix

16:09

Azərbaycan cüdoçusu DÇ-nin finalında

15:40

"Yuventus"a yeni baş məşqçi gəlir - Klubundan rəsmən ayrıldı 

15:23

18 yaşlı nazir Rusiya klubunun prezidentidir - RƏSMİ 

15:06

UEFA prezidenti Florentino Peresi axmaq və irqçi adlandırıb

14:48

Lopeteqi İngiltərə klubunun baş məşqçisi oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X