11:46 25.07.2022 533

Kiprdən Şuşaya

Şuşaya – Beynəlxalq Media Forumuna dəvət  almaq Şuşanı görmək qədər qürurlu, həyəcanlı, həm də ifadəolunmaz hiss idi. Çünki idman mediası əvvəllər irili-xırdalı, nüfuzlu-nüfuzsuz bütün tədbirlərdən kənarda qalıb, ögey münasibət görüb.

MEDİA (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi) isə yarandığı gündən bu yadlığı aradan qaldırdı. Azərbaycan tarixinə düşəcək ilk Beynəlxalq Media Forumunun iştirakçıları arasında biz də olduq.  

Foruma dəvət alanda Konfrans  Liqasının Kiprdə keçiriləcək “Aris”- “Neftçi” matçında iştirakım dəqiqləşmişdi. Səfər proqramına görə oyundan dərhal sonra  komanda Bakıya dönməli idi. Cəmi 1 saat  vaxt qalırdı ki, təyyarədən enib terminalı dəyişək.  Elə də oldu...
         
Görünməyən qüvvə - Təşkilatçılıq 

Şuşa nağılını gerçəyə çevirən igidləri hava limanında görmək ayrı hiss idi. Qeyri-ixtiyari içindən gələn “əla” səsi bütün ruhunu titrədirdi. İşğaldan azad olunmuş torpaqlarda baş tutan hər bir tədbirin ən ali qonağı onlar olmalıdır. MEDİA bu ənənənin təməlini qoydu. 

Səfər boyu təşkilatçılıq belə desəm, ipə düzülmüş muncuq kimi idi. İki yüzdən artıq media nümayəndəsinin  hərəkət qrafiki qarışıqlıq olmadan həllini tapmışdı.  Akkreditasiya kartını aldıqdan sonra səfər boyu bələdçiyə ehtiyac qalmırdı. Hansı nəqliyyat vasitəsinə əyləşəcəyini  belə, soruşmağa ehtiyac yox idi. Buna baxmayaraq, hər qrupda, hər zaman yanında bir MEDİA nümayəndəsi görürdün.    

“Sizinlə danışan Hikmət Hacıyevdir...”

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə ayrılmış AZAL-ın  ən böyük təyyarəsi – “Boeing Dreamliner” bizi gözləyirdi. 
Təyyarə havalanandan bir müddət sonra hər kəsin çöhrəsində təbəssüm yaradan, sadə, səmimi bir səs gəldi. Təxminən belə: “Əziz dostlarım, həmkarlarım! Sizinlə danışan təyyarə kapitanı deyil! Sizin dostunuz, keçmiş həmkarınız Hikmət Hacıyevdir!” Hacıyevin bu çıxışı Milli Mətbuat Gününə hesablanmışdı. Təbii ki, bu cür bayram təbrikini eşitmək xoş idi. 

Forumdan təəssürat və ya forumun uğura təsiri 

Şuşa forumu  “nə öyrəndim”, “nələri indiyə qədər edə bilmişəm”, “daha nələr etməliyəm”, “yerli və beynəlxalq təcrübənin fərqi nədir” və buna bənzər sualların cavabını vermək üçün media qurumunun özünün özünə hesabatıdır. 

Forumdan sonra yaranan təəsüratım isə odur ki, bizim hələ gedəcək çox yolumuz var. Uğur isə çox uzaqda deyil, gördüyümüz işlərin paralelindədir. Elə MEDİA-nın hazırladığı sözlə ifadə olunmayan təbrik videoçarxında  deyildiyi kimi, 147 yaşlı mətbuatımız Şuşada əyilmiş qəddini düzəltdi!

Sonda  MEDİA-nın bütün əməkdaşlarını çətin, məsuliyyətli tədbiri layiqincə yerinə yetirdikləri üçün təbrik və  təşəkkür edirəm. 

Bakı- Kipr- Bakı- Füzuli- Şuşa- Bakı

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X