13:21 28.03.2014 886

Sadıq Sadıqovdan iddialı və sərt açıqlamalar

"Çempionatda "Neftçi"nin vəziyyəti bir az ağırdı. Fasilədən, Türkiyə toplanışından sonra biz ilk oyunumuzu "Simurq"la oynadıq və 3:0 hesabı ilə qalib gəldik. Ardınca "Xəzər Lənkəran"la qarşılaşdıq və həmin oyunda nə yaşandığını özünüz bildiniz. Elə bir vəziyyət alındı ki, "Qarabağ" 10 xal irəli keçdi. Bütün Azərbaycana bəllidi ki, "Qarabağ"a bir rəqib varsa, "Neftçi"di və "Neftçi"yə də rəqib "Qarabağ"dı. İkinci elə bir komandanı görmürəm". Fanat.az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına müsahibəsində "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.


"Neftçi" rəhbəri "Qarabağ"la oyundakı hakim səhvlərinin həlledici olduğunu deyib: "Qarabağ"la oyundakı hakim səhvləri hər şeyi həll etdi. Vallah, heç kim bunu qərəz adlandırmır, biz də istəyərdik ki, bu, qərəz adlanmasın. Amma hakimin oyunun nəticəsinə təsir edən qərəzli səhvləri, Araz Abdullayevin qırmızı vərəqə alıb, oyundan qovulması... Düzdü, onda "Qarabağ" 2:0 udurdu. Ola bilərdi ki, "Qarabağ" bundan sonra da 4-5 top vura bilərdi, ancaq tərsi də mümkün idi. Nə isə burada doğrudan da hakimin səhvi oyunun nəticəsinə təsir etdi. Bu da "Qarabağ"ın tam olaraq 10 xal irəliləməsinə gətirib çıxartdı. Amma kubok və ikinciliklə bağlı gözləntilərimizi davam etdiririk. İnanmıram ki, kuboku kiməsə verək. Çempionluq şanslarımız bir az azalıb, ola bilər ki, çempionluğu qoymuşuq qırağa, amma kuboku yox. Hələ bizim "Qarabağ"la bir oyunumuz var. Üzümüzə çətin oyunlar gəlir. Bunların hamısında "Neftçi" özünü sübut edəcək. Mətbuatda "Qarabağ"ı artıq çempionluq münasibətilə təbrik etdilər, deyəsən, biz də təbrik edəsi olacağıq. Yəni öz öhdəliklərini yerinə yetirdilər.

 

Sadıqovun fikrincə, Lənkərandakı oyunda göstərilən qırmızı vərəqələr həlledici olub: "Həmin vərəqələr dönüş oldu, kuliminasiya nöqtəsi elə orada yaşandı. Mən Mahirlə bağlı öz açıqlamamı vermişəm. Barmaqla ədəbsiz jest göstərmək Mahirə, peşəkar futbolçuya yaraşmayan hərəkətdi. Bununla tam razılaşıram. AFFA, PFL, İntizam Komitəsinin cəzasından sonra biz də klub rəhbərliyi olaraq Mahiri cəzalandırdıq. Belə hallar nəinki Mahirlə, heç bir futbolçuyla bağlı təkrar olunmayacaq. "Neftçi" təlim-tərbiyə baxımından ən öndə gedən klub olacaq. Kardosoya gəlincə, oyun çox gərgin idi. Oyunun gərginliyi, “Xəzər Lənkəran”la oyunda olmayan künc zərbəsinin verilməsi, künc zərbəsindən "Neftçi"yə qol vurulması, dumanla bağlı görüntünün sıfıra enməsi... Ağabala Ramazanov, Slavik Alxasovu bir manatsız onlara vermişik. Bunu heç kim eləməz. Ancaq Ağabalanın nalayiq hərəkət etməsi Kardosonun qırmızı vərəqə almasına gətirib-çıxardı. Son dəqiqədə qol buraxmaq, gərginliklərin üst-üstə yığılması... Axırda da o gərginlik “partladı”. Bu gün hamı bilir ki, "Neftçi" hansı yolla olursa-olsun öz haqqını tələb edən klubdu. Mənə elə gəlir ki, bu, tam düşünülmüş iş idi. Orada aləm bir-birinə qatıla bilərdi. Prezident olaraq mən tam razıydım. Açığını deyim ki, 2:0 önə keçəcəyimizi gözləmirdim. Deyirdim elə 0:0, 1:1-lə bitirsək, yaxşıdı. Hər iki komanda üçün ən yaxşısı heç-heçə idi, o da oldu. Amma bu gün hakimliklə bağlı məsələləri müzakirə etdikdə səhvlərin olduğunu görürük. Böyükağa Hacıyev demişkən, komandada eyni mövqedə oynayan 4 futbolçunu uzun müddətə cəzalandırmaq artıq bu komandanı məhv etmək deməkdi".

 

"Neftçi"nin prezidenti "Xəzər Lənkəran"la oyunun yarımçıq dayandırılmalı olduğunu bildirib: "Bu gün qırmızı vərəqə vermək hakim üçün problem deyil. Oyunun əvvəlində bir dənə "sarı" verirsən, bəllidi ki, müdafiəçidi, hardasa nəsə edəcək. Bu, qaçılmaz bir şeydi. İkinci hissədə də adi bir epizodda ikinci vərəqə ilə "qırmızı" verirsən. "Barselona" - "Real" oyununa baxdınız? Qardaş orada hakimin "Barselona"ya simpatiyası vardı. Derbi oyununda 3 dənə belə penalti olmazdı. Biri var baltalamaq, onda hə, biri də var, əl vurmaqla penalti. Neymarın o hərəkəti, İniyestanın hakimi aldatması... Yəni, hakim onu verə də bilər, verməyə də bilər. Bu gün hakimlər oyunu necə istəsə, elə də idarə edər. Mən Lənkəranla oyunla bağlı bir neçə mütəxəssisdən soruşdum, onlar dedi ki, sona 4 dəqiqə qalmış oyun dayandırılmalı idi. İndi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov başqa söz deyir, mütəxəssislər başqa söz. Özü də deyir ki, qapıçı mərkəzi görürsə, oyun davam edir. Amma heç qapıçımız mərkəzi də görmürdü. Amma gördünüz, "Qalatasaray"la "Yuventus"un oyunu da dayandırıldı və sonraya təyin edildi. Yenə də görürsən ki, hər şey hakimin əlindədi və hakimlərlə bağlı çox ciddi işləmək lazımdı. Hakimlərimiz cavandı, hər dəfə "Neftçi" tərəfindən hakimlər dəstəklənib. Biz onların qərəzli-qərəzsiz işlərinə qarışmırıq. Amma son 3-5 tura baxdıqda görərik ki, "Neftçi"yə qarşı qısqanclıq var və bunun nədən yarandığını başa düşə bilmirəm".

 

Ötən mövsüm "Bakı" və "Xəzər Lənkəran"la oyunlardakı qalmaqallara toxunan Sadıqov həmin məsələlərdə söyüşün əhəmiyyətli olduğunu deyib: "Sərt olmaq olar e, dədə. Biz azərbaycanlıyıq. Bu gün din də buyurur ki, Allahdan müqəddəs heç nə yoxdu. Heç kimin anasına qarşı artıq-əskik kəlmə işlədə bilmərik. Haqqımız yoxdu. Ana da müqəddəsdi. "Bakı" ilə oyunda olan söhbətdə ana söyüşü olmuşdu, həm də "Xəzər Lənkəran"da. Biz onu oyundan sonra da söhbət edə bilərdik. Tam səmimi danışıram. Oyundan sonra həmin oyunçunu çağıra, söhbət edə, pişim-pişimlə məsələni yatıra bilərdik. Amma bizdə o təmkin, o siyasət, o peşəkarlıq olmadı. Mentaliteti qoyuram qırağa. İstəyir rusu olsun, ya başqası? Mən kimi söyə bilərəm ki? Bəlkə də rus onu təmkinlə həll edərdi... Mən tam səmimi deyirəm ki, edə bilmədik. Mən dedim ki, belə olmaz. Ancaq sonradan fikirləşdim ki, birdən o söyüş mənə olsa, nə olardı? Mən də onun kimi hərəkət eləməliydim, ya gözləməliydim? Fikirləşirəm ki, yox, mən də həmin hərəkəti edərdim. Bu gün ana güzgümüz, namusumuz, qeyrətimizdi. Gərək qarşımızdakı da nəsə dərk etsin, deməsin. Bir dəfə qıraqdan durub baxırdım. Bir də gördüm məşqçimiz Nebo uşaqları söyür. Çağırdım bura, dedim “bir də ağzından uşaqlara qarşı bir söyüş çıxa, səni buradan it kimi sürüyüb qovaram”. Bununla da məsələ həll olundu. Bura gələn legionerlərlə də ilk olaraq bu tipli söhbətlər aparırıq. Deyirik ki, kiminsə anasına söz atarsan, tikə-tikə eləyərlər. İndi cavanların hamısında qeyrət, namus qaydasındadı. Belə hadisələr gərək təkrar olunmasın. Bunun üçün də klub rəhbərliyi kimi mən komandamı yığıb, rəqib komandaya qarşı hörmətlə yanaşmalıyıq. O söyüş olmasaydı, elə-belə adam adamı vurar?"

 

Sadıqov "Neftçi"ni bu mövsüm çempion olmağa qoymadıqlarını bildirib: "Neftçi"ni çempion olmağa qoymadılar".

 

"Adətən AFFA-ya prezidentlər "Neftçi"dən gedir. Bəlkə siz də hansısa posta hazırlaşırsız" sualına isə "Neftçi"nin prezidenti belə cavab verib: "Bu gün AFFA-nın Rövnəq Abdullayev kimi layiqli prezidenti var. Məhz onun AFFA-ya rəhbərliyi etdiyi dövrdə Azərbaycan futbolunun inkişafı göz qabağındadı. Rövnəq Abdullayev AFFA-ya prezident seçilməsindən sonra infrastrukutrun yaxşılaşdırılması, uşaq futboluna ayrılan diqqət, milli komandanın nəticələri - hamısı inkişafın göstəricisidi. Bu gün gənc yerli futbolçuların yetişdirilməsi bu inkişaf strategiyasının əsasını təşkil edir. Biz də klub prezidenti olaraq, öz növbəmizdə bu strategiyanı uğurla icra etməyə və AFFA prezidentinə bu işdə əlimizdən gələn köməyi göstərməyə çalışırıq". 

 

Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X