"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronalduya "Jacob&Co" brendinin Səudiyyə Ərəbistanındakı butikinin açılışında bu şirkətin istehsalı olan qiymətli saat başılayıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
İçərisində Ronaldunun təsviri olan saatın hazırlanmasında 26 brilliant qaşdan istifadə olunub. Saatın qiyməti 105 min avrodur. "Jacob&Co" gələcəkdə hazırlanacaq saatlarda da 38 yaşlı ulduzun müxtəlif təsvirlərindən istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in formasını geyinir.
Nihat