"Barselona"nın müdafiəçisi Jerar Pike Şakiradan ayrılandan sonra ilk dəfə yeni sevgilisi ilə görüntülənib.
Fanat.Az "El Periódico de Catalunya"ya istinadən xəbər verir ki, bu, 23 yaşlı Klara Çia Martidir.
Cütlüyün fotosu ispan ifaçı Dani Martinin konsertində çəkilib. Klara Çia Marti Pikeyə məxsus investisiya şirkətində - "Kosmos"da işləyir.
Futbolçunun Şakiraya bu qızla xəyanət etdiyi vurğulanıb.
Qeyd edək ki, Pike və Şakira 2011-ci ildən sevgiliydilər. Rəsmi nikaha girməyən cütlüyün 2 uşağı var.