"Palmeyras"ın və Braziliyanın gənclərdən ibarət millisinin sol cinah vingeri Kevin Lopes Ukrayna "Şaxtyor"una keçmək üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 21 yaşlı yanvarın 13-də tibbi müayinədən keçəcək Kevin Ukrayna təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək. Donetsk klubunun bu transfer üçün qarşı tərəfə 15 milyon avro ödəyəcəyi vurğulanıb.
Qeyd edək ki, cari mövsüm "Palmeyras" forması ilə 9 oyuna çıxan Lopes məhsuldar göstəricilərlə yadda qalmayıb.