"Şaxtyor"un və Ukrayna millisinin hücumçusu Daniil Sikan karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.
Xəbərə görə, onun xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin klubunun sözügedən futbolçunu cari mövsümün sonunda heyətə qatmaq istədiyini vurğulayıb.
Cari mövsüm "Şaxtyor"un forması ilə bütün turnirlərdə 29 matça çıxan Sikan 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat