"Sofascore" statistik portalı Səudiyyə Ərəbistanı çempionatında futbolçuların cari mövsümdə buraxılmış qol şanslarının sayına görə reytinqini dərc edib.
Fanat.Az xəbər verir ki, “Əl-Nəsr”in ulduz hücumçusu Kriştianu Ronaldu siyahıya başçılıq edir.
Portuqaliyalı 20 qol şansını əldən verib.
Reytinqin ikinci pilləsində 19 buraxılmış şansla “Əl-Hilal”ın hücumçusu Aleksandar Mitroviç yer alıb. “Əl-İttifaq"ın hücumçusu Mussa Dembele isə (15) ilk "üçlüy"ü qapayır.
Mirağa