"Yuventus"un mərkəz müdafiəçisi Bremer karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Xəbərə görə, sözügedən futbolçunu istəyən "Mançester Yunayted" artıq Turin təmsilçisi ilə danışıqlara başlayıb. Mənbə "Çelsi", "Liverpul" və "Tottenhem" kimi klubların da maraqlandığı Bremerin MY-yə keçməyə daha yaxın olduğunu vurğulayıb.
Xatırladaq ki, cari mövsüm bütün turnirlərdə 29 matça çıxan Bremer 2 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat