"Brentford"un baş məşqçisi Tomas Frank karyerasını İngiltərə nəhəngində davam etdirə bilər
Fana.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb.
Xəbərə görə, təcrübəli çalışdırıcı ilə "Mançester Yunayted" yaxından maraqlanır. Mənbə onun "qırmızı şeytanlar"ın "sükanı arxası"na keçmək ehtimalının yetərincə yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, danimarkalı mütəxəssis 2018-ci ildən "Brentford"un baş məşqçisidir.
Nahid Ustaclı