Tanınmış gürcü veteran, 2008/2009 mövsümündə "Bakı"nın da formasını geyinmiş Georgi Demetradze Gürcüstan millisinin AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmasından danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Çempionat"a bölüşüb:
"Gürcüstan tarixində ilk dəfə Avropa çempionatında oynamaq hüququ qazandı. Milliyə bütün ölkə azarkeşlik edirdi. Həm uşaqlar, həm böyüklər... Bütün ölkə səhərə qədər əyləndi, gəzdi, qələbənin dadını çıxardı. Heç vaxt belə hisslər yaşamamışdım. Son dəfə Tiflis "Dinamo"su Kuboklar Kubokunu götürəndə, 1981-ci ildə buna bənzər şadyanalıq olmuşdu. Hələ də ölkədə bayramdır. Gürcüstan millisi Avropa çempionatında yaxşı nəticə göstərəcək".
Xatırladaq ki, martın 26-da "Boris Payçadze"də Yunanıstan yığmasını üstələyərək (0:0, penaltilərlə 4:2) AÇ-2024-ə vəsiqə qazanan Gürcüstan seçməsi F qrupunda mübarizə aparacaq. Qonşu ölkənin seçməsi Türkiyə, Portuqaliya və Çexiya ilə eyni qrupda mücadilə edəcək.
Nihat