"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı təmsilçisinin idarəçilərinə iş yerini dəyişmək istədiyini çatdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, braziliyalı oyunçu zədəsini sağaldandan sonra sabiq komandasına - "Barselona"ya qayıtmaq niyyətindədir və "Əl-Hilal" rəhbərliyindən Kataloniya təmsilçisinə icarəyə verilməsini xahiş edib. Mənbə indilik tərəflərin danışılqra başlamadığını, lakin bu keçidin reallaşmaq ehtimalının az olmadığını vurğulayıb.
Qeyd edək ki, Neymar 2013-2017-ci illər aralığında "Barselona"nın formasını geyinib. "Sambaçı" "Əl-Hilal"a ötən ilin yayında PSJ-dən keçib.
Nihat