"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransa klublarından aldığı təklifləri geri çevirib.
Fanat.Az “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, bunu yarımmüdafiəçinin özü deyib:
"Fransadan - Liqa 2 təmsilçilərindən təkliflər almışdım. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".
Qeyd edək ki, Əlcəzair millisinin üzvü 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinir. Onun "köhlən atlar" ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.