“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, norveçli yarımmüdafiəçi bununla bağlı “Instagram” səhifəsində paylaşım edib.
O, 36 yaşında futbolla vidalaşıb.
Elyunussi karyerası ərzində “Fredrikstad”, “Heerenven”, “Lillestrom”, “Rusenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK, “Şonan Bellmare”, həmçinin, "Qarabağ"da oynayıb. Qeyd edək ki, o, 2027/2018 mövsümündə icarə əsasında Ağdam klubunun formasını geyinib.