Fransa millisinin hücumçusu Kilian Mbappe iyunun 14-də start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sport Bild" onun dediklərini belə çatdırıb:
"Çox güclü komandamız olduğunu hamı bilir və biz bunu hər dəfə tərkrar etməməliyik. Almaniyaya böyük məqsədlərlə gəlirik. Biz son dünya çempionatının finalında məğlub olmuşuq. Avropa çempionatı həm komandaların taktika anlayışı, həm də oyunların intensivliyi baxımından çox çətin turnirdir. Bütün komandalar bir-birini əlllərinin içi kimi tanıyırlar. Məhz bu məqam vəziyyəti mürəkkəbləşdirir. Biz bunu əvvəlki AÇ-də görmüşük".
Qeyd edək ki, D qrupunda yer alan Fransa seçməsi Polşa, Niderland və Avstriya ilə mübarizə aparacaq.
Nihat