"Real Madrid"in müdafiəçisi Naço Fernandesin İspaniya nəhəngindən gedəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, artıq onun yeni klubu da bəllidir.
Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, MLS liqasına yollanacağı deyilən 34 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Qadsiah" klubuna qoşulacaq. Mənbə İspaniya millisinin üzvünün artıq yeni klubu üçün tibbi müayinədən də keçdiyini vurğulayıb. "Real"dan azad agent kimi ayrılacaq Naço ilə 2 illik müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, 11 yaşından "Real"da olan Naço başqa heç bir klubda çıxış etməyib. O, 2001-ci ildə əsas komandada debüt edib.