Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun İsveçrə millisi ilə oyununda start heyətində meydana çıxıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bununla da o, AÇ-dəki oyunların sayına görə qapıçılar arasında rekordçu olub.
38 yaşlı Noyer qitə çempionatlarında 18-ci oyununa çıxıb. Alman qolkiper bu göstəricidə italiyalı Canluici Buffonu qabaqlayıb.