
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan "Makkabi" (Hayfa) klubuna sanksiya tətbiq edib.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu İsrail təmsilçisini cərimələyib.
“Sabah”la Macarstanda baş tutmuş qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən “Makkabi”yə 46750 avro cərimə kəsilib.
Qeyd edək ki, həmin oyun “Sabah”ın 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.