“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın şərəfini qoruduğu Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Benzianın komandası səfərdə Liberiya yığması ilə qarşılaşıb.
Görüş əlcəzairlilərin böyükhesablı qələbəsi (3:0) ilə başa çatıb. Meydana start heyətində çıxan “Qarabağ”ın legioneri 77-ci dəqiqədə - hesab 2:0 olarkən əvəzlənib.
Qeyd edək ki, Əlcəzair 2 turdan sonra 6 xalla qrupuna başçılıq edir. Benzianın komandası növbəti oyununu bir ay sonra Toqoya qarşı keçirəcək.