“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan “Ayaks” heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, Niderland nəhəngi İtaliyanın “İnter” klubundan ayrılan Devi Klassenlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı hücumameyilli yarımmüdafiəçi amsterdamlılarla 1 illik müqavilə imzalayıb. Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub.
Devi Klassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə “ağ-qırmızılar”ın şərəfini qoruyub.
Qeyd edək ki, “Qarabağ” “Ayaks”la oktyabrın 24-də Bakıda qarşılaşacaq.