
Bu ayın sonunda nüfuzlu “France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olacaq. Xarici mətbuatın iddiasına görə, real namizədlər - baziliyalı oyunçular Rodri və Vinisius Juniordur.
Fanat.Az olaraq "Qarabağ" klubunun 2 braziliyalı futbolçusu - Julio Romao və Juninyodan prestijli mükafatda onların fvoritlərinin kim olduğunu öyrəndik.
Yarımmüdafiəçi Julio Romao "Real Madrid"in hücumçusu Vinisius Juniorun bu mükafata layiq olduğunu dedi. Onun həmyerlisi Juninyo da seçimini "Real Madrid"in heyətində La Liqanın və ÇL-in qalibi olan Vinisiusun lehinə etdi.
Xatırladaq ki, 68-ci "Qızıl top" mükafatı sahibinə oktyabrın 28-də Parisdə baş tutacaq mərasimdə təqdim ediləcək.
Mirağa