Xabi Alonsonun rəhbərlik etdiyi "Bayer Leverkuzen" Çempionlar Liqası çərçivəsində səfərdə "Liverpul"la qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis vaxtilə futbolçu kimi oynadığı Mersisayd klubu ilə görüş və şəhər barədə fikirlərini idman jurnalisti Ceyms Pirsə danışıb:
"Bu, həmişə xüsusi təəssürat oyadan bir şeydir. Klubun necə inkişaf etdiyinə ilk baxışdan şahid ola bilərsiz. "Enfild"dəki yeni tribuna heyrətamiz görünür. Mən bu şəhəri çox yaxşı tanıyıram. Liverpul xoşuma gəlir, burada dostlarım var. Ola bilər ki, sabah (bu gün) qaçmağa gedəcəyəm, amma gəzintiyə vaxtım olmayacaq. Mən yalnız matça fokuslanmışam".
Qeyd edək ki, "Liverpul" - "Bayer" görüşü bu gün, çərşənbə axşamı baş tutacaq. Alonso futbolçu olanda 2004-2009-cu illərdə "Liverpul"da oynayıb.
Mirağa