
Ayntraxt"ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, "Liverpul" sözügedən forvardın transferi üçün Almaniya klubuna yeni təklif göndərib.
İnformasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "qırmızılar" qarşı tərəfə 90 milyon avro və müxtəlif bonuslar ödəməyə hazırdırlar. Mənbə klublar arasında danışıqların davam etdirildiyini vurğulayıb.
Daha öncə "Liverpul"un Ekitike ilə 6 illik şəxsi müqavilənin detallarını ilə bağlı razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 48 matça çıxan Uqo 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.
Nihat