
"Real Madrid"in ulduzu "Barselona"ya keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı UOL yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi əzəli rəqibinin braziliyalı vingeri Rodriqo Qoesi transfer etmək niyyətindədir. Mənbə "blauqrana" rəsmilərinin artıq futbolçunun təmsilçiləri ilə əlaqə saxladıqlarını vurğulayıb.
Daha öncə sözügedən oyunçunun "Real"dan ayrılmaq istədiyi və İngiltərə nəhənglərinin onu sıralarına cəlb etməyə çalışdıqları bəlli olub.
Qeyd edək ki, geridə qalan mövsümdə "Real" forması ilə bütün turnirlərdə 54 matça çıxan Rodriqo 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kral klubu" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 24 yaşlı futbolçunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat