"Atletiko Madrid" qapıçısı Horatsio Moldovanı icarəyə verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı paytaxt klubunun mətbuat xidməti yayıb.
27 yaşlı qolkiper "Real Ovyedo" ilə 1 illik icarə müqaviləsi bağlayıb.
Rumıniya millisinin qapıçısı 2023-cü ilin yayında “Rapid Buxarest”dən “Atletiko”ya transfer olunub. O, ötən mövsüm icarə əsasında "Sassuolo"da çıxış edib. İtaliya klubunda 27 oyuna 27 qola üzülən Horatsio 11 matçda qapısını toxunulmaz saxlayıb.