
PSJ "Real Madrid"in yarımmüdafiəçisini sıralarına cəlb etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Məlumata görə, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike "Kral klubu"nun fransalı oyunçusu Eduardu Kamavinqanı sərəncamında görmək istəyir.
Eyni zamanda qeyd olunub ki, "Real" Kamavinqanın tez-tez zədələnməsindən barazıdır. Ötən mövsüm bu futbolçu 4 dəfə zədələnib və ümumilikdə 159 günə sağalıb.