
"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger komandanın baş məşqçisi Xabi Alonsonun istefasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin üzvü sosial şəbəkə hesablarında belə bir paylaşım edib:
"Hər şeyə görə çox sağ ol, Xabi. Çox xoş idi və sənə gələcəkdə uğurlar arzulayıram".
Xatırladaq ki, Alonso İspaniya Superkubokunun finalında "Barselona"dan aldıqları məğlubiyyətin (2:3) ardından postundan ayrılmaq məcbudiyyətində qalıb. Onun yerini digər sabiq "Real"lı Alvaro Abeloa tutub. Hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan Madrid komandasının 45 xalı var.
Nihat