
"Liverpul" cari mövsümün sonunda doqquz futbolçusu ilə vidalaşmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
"Qırmızılar"ın bu yay misirli cinah hücumçusu Məhəmməd Salah və müdafiəçi Endryu Robertsonla yollarını ayıracağı artıq dəqiqləşib. Kalvin Remsi və Ris Uilyamsın da müqavilələrinin müddəti iyunda başa çatacaq.
Eləcə də Mersisayd təmsilçisinin Cozef Qomes, Aleksis Makallister, Harvi Elliott, Kertis Cons və Federiko Kyeza ilə əməkdaşlığa son qoyacağı və yeni oyunçular alacağı gözlənilir.
Baş məşqçi Arne Slotun da gələcəyi də böyük sual altındadır. Rəhbərliyin onun postunda saxlayıb-saxlamayacağı indilik dəqiqləşməyib.
Toğrul