
Sona 4 tur qalmış "Ştutqart"ı öz meydanında 4:2 hesabı ilə məğlub edərək Almaniya Bundesliqasının qalibi olan "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani vaxtından əvvəl rəsmiləşən çempionluğu şərh edib.
Fanat.Az xəbər verir ki, belçikalı mütəxəssisin sözlərini DAZN belə çatdırıb:
"Möhtəşəm hisslərdir. Hər qazanılan titul mənim üçün birinci kimidir. Belə anlardan tam şəkildə həzz almaq lazımdır. Çempionluğun arxasından yalnız bu mövsümün yox, illərin zəhməti boy göstərir.
Mövsüm hələ başa çatmayıb. İrəlidə qazanmalı olduğumuz mükafatlar var. Bizi Çempionlar Liqasında PSJ-yə qarşı xüsusi sınaq gözləyir. Amma daha öncə "Bayer Leverkuzen"lə Almaniya Kubokunda qarşılaşmalıyıq".
Toğrul