
İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti"yə səfərdə uduzan "Arsenal"ın baş məşqçisi Mikel Arteta məğlubiyyətin səbəblərini açıqlayıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Bir neçə məqam üzərində dayanmalıyıq. Əvvəla, bəxt bizim tərəfimizdə deyildi. İkincisi, onlar qələbə qolunu vuran zaman top səkərək Erlinq Holandın yanına düşdü. Bundan başqa, fərdi keyfiyyətlər də nəzərə alınmalıdır. Belə anlarda soyuqqanlılığı qorumaq mütləqdir.
Yəqin ki, həm matçın başlanğıcında, həm də sonlarında ayrı-ayrı epizodlarda bizdə konsentrasiya çatışmadığını gördünüz. Ümumi götürsək, oyuna nəzarət edə bilirdik. Hər şey planlaşdırdığımız şəkildə alınırdı. Qələbə qazanmaq üçün əla şanslarımız var idi. Hə, qələbəyə yaxın idik, amma etiraf etmək lazımdır ki, bu gün çox böyük şansı qaçırdıq. Amma qarşıda hələ daha 5 oyun var".
Qeyd edək ki, bu qələbə sayəsində lider "Arsenal"la xal fərqini 3-ə endirən "Mançester Siti"nin ehtiyatda 1 oyunu da var.
Toğrul