
"Atletiko Madrid"in hücumçusu Xulian Alvares PSJ və "Arsenal" kimi Avropa nəhənglərinin transfer siyahısında olsa da, iş yerini dəyişəcəyi təqdirdə, fərqli seçim edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Məlumata görə, Argentina millisinin forvardı "Barselona"ya qoşulmaq variantını arzulayır. Mənbə "Atletiko"da xoşbəxt olduğunu açıqlayan Alvaresin paytaxt klubundan ayrıla biləcəyini istisna etmədiyini vurğulayıb. Kataloniya təmsilçisinin hücum xəttini gücləndirmək üçün məhz Xulianın transferinə üstünlük verdiyi də diqqətə çatdırılıb.
Cari mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 47 matça çıxan Alvares 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Toğrul