
İspaniya nəhəngi "Barselona" gələcək illər üçün heyətini gənc və istedadlı futbolçularla gücləndirmək məqsədilə genişmiqyaslı skaut araşdırmalarına başlayıb.
Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, kataloniyalı mütəxəssislərin diqqətini çəkməyi bacaran 5 gənc oyunçunun adı klubun transfer transfer siyahısına daxil edilib.
Kataloniya təmsilçisinin qısa siyahısında "Bayern Münhen"dən Lennart Karl, "AZ Alkmaar"dan Kis Smit, "Portu"dan Rodriqo Mora, "Nyukasl Yunayted"dən Lyuis Mayli və "Bayer Leverkuzen"dən İbrahim Maza kimi perspektivli adlar yer alır.
Klub rəhbərliyi bu gənc istedadların inkişafını yaxından izləyərək, yaxın transfer pəncərələrində rəsmi addımlar atmağı planlaşdırır.