
Londonun "Çelsi" klubu yay transfer pəncərəsində heyətində ciddi təmizləmə işlərinə başlaya bilər.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi gənc müdafiəçisini satmağa müsbət yanaşır.
"Zadəganlar" istədikləri transfer məbləği ödənəcəyi təqdirdə Malo Qustonun gedişinə icazə verməyə hazırdırlar.
Fransalı sağ cinah müdafiəçisinin menecerinin artıq həm "Mançester Siti", həm də İtaliya nəhəngi "İnter" ilə rəsmi danışıqlara başladığı bildirilir.