
İngiltərənin "Çelsi" klubu müdafiə xəttini gücləndirmək üçün böyük bir transfer əməliyyatını yekunlaşdırmaq üzrədir.
Fanat.Az xəbər verir ki, London təmsilçisi "Kristal Pelas"ın fransalı mərkəz müdafiəçisi Maksans Lakruanı heyətinə qatmağa çox yaxındır.
Fransanın "L'Équipe" qəzetinin yaydığı məlumata görə, 26 yaşlı müdafiəçinin Fransa milli komandasındakı vəzifəsi başa çatdıqdan və Dünya Kuboku turniri yekunlaşdıqdan dərhal sonra "Çelsi"yə qoşulacağı gözlənilir.
Bu keçidin ümumi dəyərinin təxminən 55 milyon avro olacağı bildirilir.