
Bu yay "Barselona"dan ayrılan hücumçu Robert Levandovskinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, polşalı hücumçu MLS təmsilçisi "Çikaqo Fayr" ilə müqavilə bağlayıb.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Levandovski 2022-ci ildən "Barselona"da çıxış edirdi. Geridə qalan mövsümdə kataloniyalıların heyətində bütün turnirlərdə 46 matça çıxan ön xətt oyunçusu 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul