
Misli Premyer Liqasında mübarizə aparan "İmişli" baş məqşçisi Jorje Kaşkilya ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "pələnglər"in mətbuat xidməti yayıb.
Portuqaliyalı mütəxəssisin müddəti başa çatan müqaviləsi yenilənməyib. Klub onun köməkçiləri - Kriştianu De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.
Xatırladaq ki, Kaşkilya 2025/2026 mövsümünün əvvəlində bölgə komandasının "sükanı arxası"na gətirilmişdi. "İmişli" onun rəhbərliyi altında geridə qalan mövsümü 34 xalla turnir cədvəlinin 9-cu pilləsində tamamlayıb.