
PSJ-nin futbolçusu Randal Kolo Muaninin karyerasını İtaliya nəhəngində davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, fransalı hücumçu "Yuventus"la razılığa gəlib.
Fransalı ön xətt oyunçusu 5 illik müqaviləyə imza atacaq. "Yuventus"un onu transfer hüquqlarına yyələnmək öhdəliyi ilə 1 mövsümlük icarəyə götürəcəyi bildirilib. Bu keçidin Turin klubuna təxminən 30 milyon avroya başa gələcəyi, futbolçunun iyulun ortalarında Turin təmsilçisinə qoşulacağı vurğulanıb.
Randal Kolo Muani 2024/2025 mövsümündə icarə əsasında "Yuventus"da oynayıb. O, ötən "futbol ili"ni "Tottenhem"də keçirib. İcarədə olduğu London komandasının heyətində bütün turnirlərdə 41 matça çıxan 27 yaşlı oyunçu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul