
ABŞ-ın "İnter Mayami" klubu heyətini maraqlı bir adla gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Lionel Messinin də çıxış etdiyi Florida təmsilçisi Kabo-Verde milli komandasının təcrübəli qapıçısı Vozinya ilə yaxından maraqlanır.
İspaniyanın məşhur "Marca" nəşrinin yaydığı xəbərə görə, tərəflər arasında ilkin təmaslar artıq baş tutub.
Karyerası ərzində milli komandada 70-dən çox rəsmi oyuna çıxan Vozinya, ölkəsinin futbol tarixində ən çox oyun keçirən qapıçı statusunu daşıyır.
Kamil Xudiyev